"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Astara bələdiyyəsi “Yerli Demokratiya Həftəsi”nə hazırlaşır

--2017-10-23 / 17:56

Xəbər verdiyimiz kimi  qarşıdan “Yerli Demokratiya Həftəsi” gəlir.

Bəs ölkəmizdə formalaşan 1607 bələdiyyə bu həftəyə necə hazırlaşır?

Sualımızı Astara bələdiyyəsinin sədri Aygül Məmmədova cavablandırır.

Sədrin sözlərinə  görə, bələdiyyə iclasında həftə ilə bağlı təkliflər müzakirə edilib və konkret iş planı təsdiq edilib.

Hazırlıq mərhələsində bələdiyyənin inzibati binasında  şüarlar hazırlanıb.

Qaynar xətt üşün telefon dəqiləşdirilərək əhaliyə çatdırılıb, bununla yanaşı inzibati binada həmçinin xüsusi olaraq poçt qutusu asılıb. Poçt qutusuna sakinlərimiz, həmdə öz rəy və təkliflərini da göndərə biləcəklər.

ilk tədbirimizi isə Astara Pedaqoji Kollecdə keçirmək qərarına gəlmişik.

Tədbirdə rayon ziyalıları və bələdiyyə üzvlərinın iştirakı nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR